Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Slovakiya və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün perspektivlər”, ÖZEL
  • Tacikistan Gazetesi
  • Kültür Sanat
  • Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Slovakiya və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün perspektivlər”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Slovakiya və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün perspektivlər”, ÖZEL

ABONE OL
11 Mayıs 2024 01:05
Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Slovakiya və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün perspektivlər”, ÖZEL
0

BEĞENDİM

ABONE OL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Slovakiya və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün perspektivlər”, ÖZEL

Açıklama yok.

Millet vekili Meşhur Memmedov,

“Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib.

Azərbaycan Respublikasının Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Müstəqil siyasət aparan iki ölkə – Slovakiya-Azərbaycan arasında əlaqələr siyasi və iqtisadi cəhətdən yüksək səviyyədədir.

Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.
Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

Cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı bir çox sahələr üzrə aparılacaq işlərlə bağlı da önəmli razılıq əldə olunub.

7 may tarixini Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün adlandırsaq, yanılmarıq. Artıq Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.

Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə imzalanmış           “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” Azərbaycan-Slovakiya münasibətlərini daha da şaxələndirəcək.”

 

Ülker PİRİYEVA/AZERBAYCAN


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN Finnish FI French FR Frisian FY German DE Hindi HI Irish GA Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ