Vyetnam və Laos nümayəndə heyətlərinin Azərbaycana səfəri başa çatıb

Vyetnam və Laos nümayəndə heyətlərinin Azərbaycana səfəri başa çatıb

ABONE OL
15 Mayıs 2024 16:33
Vyetnam və Laos nümayəndə heyətlərinin Azərbaycana səfəri başa çatıb
0

BEĞENDİM

ABONE OL

Vyetnam və Laos nümayəndə heyətlərinin Azərbaycana səfəri başa çatıb

2024

Vyetnam və Laos nümayəndə heyətlərinin Azərbaycana səfəri başa çatıb

 

 

 

 

Azərbaycanda qonaq olan Vyetnam və Laos nümayəndə heyətlərinin ölkəmizə səfəri başa çatıb.

Səfər çərçivəsində nümayəndə heyətləri Xarici İşlər Nazirliyində, Energetika Nazirliyində, SOCAR-da, Yeni Azərbaycan Partiyasında, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində, Azərbaycan Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində görüşlər keçirib.

Energetika nazirinin müavini Orxan Zeynalov ilə baş tutan görüşdə Azərbaycan və Laos arasında qarşılıqlı əməkdaşlıqdan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu ilin iyun ayında keçiriləcək Bakı Enerji Həftəsində Laos Xalq Demokratik Respublikasının da iştirak edəcəyindən məmnunluq ifadə olunub.

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının nümayəndə heyətləri ilə görüşdə qeyd edib ki, YAP-ın hakim partiyalar olan Vyetnam Kommunist Partiyası (VKP) və Laos Xalq İnqilab Partiyası (LXİP) ilə əlaqələri möhkəm təməllər üzərində inkişaf etməkdədir. YAP-ın həm VKP, həm də LXİP ilə imzaladığı əməkdaşlıq sazişindən irəli gələn vəzifələrin icrası qarşılıqlı faydalı işbirliyinə töhfədir.

SOCAR-da görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində keçirilən görüş çərçivəsində Azərbaycanda təhsil alan Vyetnam və Laosdan olan məzunların ölkələr arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafındakı potensial rolu, o cümlədən hər iki ölkə vətəndaşlarının Azərbaycan universitetlərində təhsilinin təşviqi müzakirə edilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/vyetnam-ve-laos-numayende-heyetlerinin-azerbaycana-seferi-basa-catib-4690

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN Finnish FI French FR Frisian FY German DE Hindi HI Irish GA Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ