Moldovadakı Azərbaycan icması ilə görüş keçirilib
2024
Moldovadakı Azərbaycan icması ilə görüş keçirilib
Moldovadakı Azərbaycan icması ilə görüş keçirilib
https://t.co/o9efQ7NbfK pic.twitter.com/eUWOnUvLir— Azerbaijani Diaspora (@DiasporaAz) May 29, 2024
Moldovanın paytaxtı Kişineu şəhərində bu ölkədəki Azərbaycan icması ilə görüş keçirilib. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Moldovadakı səfirliyinin nümayəndələri, Moldovadakı Azərbaycan icmasının üzvləri və ölkəmizə dost münasibəti bəsləyən diasporların təmsilçiləri iştirak edib.
Tədbir Azərbaycan və Moldovanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 28 May – Müstəqillik Günündə belə bir görüşün keçirilməsinin rəmzi məna daşıdığını, artıq bütün dünyada azərbaycanlıların bir yumruq kimi birləşdiyini qeyd edib, komitənin gördüyü işlərdən danışıb, diqqəti Azərbaycan icmalarının birlik mexanizmlərinə, Koordinasiya Şuraları və Azərbaycan Evlərinin çoxşaxəli fəaliyyətinə cəlb edib.
Komitə sədri xaricdə yaşayan soydaşlarımızın öz fəaliyyətlərində Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri əsas götürdüklərini və müasir platformalar üzərindən uğurlu layihələr həyata keçirdiklərini qeyd edib.
Azərbaycan Respublikasının Moldovadakı səfiri Ülvi Baxşəliyev ölkəmizin xaricdə təmsil olunmasında Azərbaycan diasporunun əvəzolunmaz rolundan danışıb, Moldovada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətini müsbət qiymətləndirdiyini və belə görüşlərin xaricdəki azərbaycanlıların həmrəyliyinin möhkəmlənməsinə töhfə olduğunu bildirib.
Sonra Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovun görülən işlər barədə hesabatı dinlənilib, komitə ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verilib.
Çıxışlarda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasətinin bu gün uğurla davam etdirilməsindən, diaspor-dövlət əlaqələrinin möhkəm təməllər üzərində inkişafından, eləcə də 28 May – Müstəqillik Gününün tarixindən və müasir Azərbaycanın inkişafından bəhs olunub.
Çıxış edənlər komitənin iri və uğurlu layihələrindən olan Diaspor Gənclərinin Yay Düşərgələrinə diqqət çəkib, gənclərin düşərgəyə böyük maraq göstərdiklərini və bu il düşərgənin Laçında təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.
Görüşün davamında Komitə adından Azərbaycanın təbliği işində göstərdikləri xidmətə görə Moldova Azərbaycanlıları Konqresinin bir neçə üzvünə təşəkkürnamələr təqdim olunub.
Görüş icma üzvlərinin diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallığı, diaspor hərəkatının hədəfləri və s. mövzularda qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.
FOTO QALEREYA
Moldovadakı Azərbaycan icması ilə görüş keçirilib
https://t.co/o9efQ7NbfK pic.twitter.com/eUWOnUvLir— Azerbaijani Diaspora (@DiasporaAz) May 29, 2024
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
Kaynak:https://diaspor.gov.az/az/news-detail/moldovadaki-azerbaycan-icmasi-ile-gorus-kecirilib-4737