Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib. pic.twitter.com/mtWNtQe6yP
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) January 26, 2023
İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu vurğuladı. Dövlətimizin başçısı ötən müddət ərzində iki ölkə arasında diplomatik əlaqələrin zəngin tarixinin olduğunu diqqətə çatdırdı.
Azərbaycan Prezidenti qarşıdakı dövrün ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq baxımından daha da səmərəli olacağına ümidvarlığını ifadə etdi.
Səfir Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Fransaya səfərini xatırladı, ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Söhbət zamanı regional məsələlərə də toxunuldu. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub.
Dövlətimizin başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev səfirə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə uğurlar arzuladı.
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/58709
Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib. pic.twitter.com/mtWNtQe6yP
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) January 26, 2023