Hallandeyl Biç şəhərinin meri Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyannamə imzalayıb
2024
Hallandeyl Biç şəhərinin meri Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyannamə imzalayıb
Hallandeyl Biç şəhərinin meri Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyannamə imzalayıb
📌https://t.co/LUOfoiyO3W#KhojalyGenocide #JusticeforKhojaly pic.twitter.com/V5exhRYJYJ— Azerbaijani Diaspora (@DiasporaAz) February 23, 2024
ABŞ-nin Florida ştatının Hallandeyl Biç (Hallandale Beach) şəhərinin meri Coy Kuper Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar iki bəyannamə imzalayıb. Azərbaycan icmasına ünvanlanmış bəyannamədə beynəlxalq insan hüquqları təşkilatı olan “Human Rights Watch”un Xocalı faciəsini regionda baş vermiş ən dəhşətli qətliam hesab etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yüzlərlə günahsız insanın Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olduğu, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 600-dən çox insanın amansızlıqla qətlə yetirildiyi, mindən çox insanın əsir götürüldüyü qeyd olunur. Bəyannamədə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən dəstəkləndiyi xüsusi vurğulanıb.
Qeyd olunan faktları nəzərə alan Hallandeyl Biç şəhərinin meri Coy Kuper 26 Fevral 2024-cü il tarixinin Xocalı qətliamının 32-ci ildönümü kimi anılması barədə bəyannamə imzalayıb.Şəhər meri Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinə təqdim edib.
Görüşdə çıxış edən Florida Azərbaycan Amerika İcmasının rəhbəri Esmira Bayramova Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Bəyannamə Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova və Azərbaycan Amerika Gənclər Assosiasiyasının rəhbəri Nabat Eminovanın təşəbbüsü və müraciəti əsasında qəbul edilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/hallandeyl-bic-seherinin-meri-xocali-soyqiriminin-ildonumu-ile-elaqedar-beyanname-imzalayib-4244
Hallandeyl Biç şəhərinin meri Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyannamə imzalayıb
📌https://t.co/LUOfoiyO3W#KhojalyGenocide #JusticeforKhojaly pic.twitter.com/V5exhRYJYJ— Azerbaijani Diaspora (@DiasporaAz) February 23, 2024
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.