İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar
  • Tacikistan Gazetesi
  • Gündem
  • İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar

ABONE OL
8 Kasım 2023 18:12
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar
0

BEĞENDİM

ABONE OL

 

 

 

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar

2023,

 

 

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşaya gəliblər.

Dövlətimizin başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır mənzillərdə yaradılan şəraitlə tanış oldular.

 

 

 

Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Qeyd edildi ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/62119

 

 

 

Bu yazı yorumlara kapatılmıştır.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.