Qazaxıstanın #Türküstan vilayətinin Sayram rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
📌 https://t.co/yvwg8vVFqT#BlackJanuary #20January1990 pic.twitter.com/Hwj5ChHhud
— Azerbaijani Diaspora (@DiasporaAz) January 23, 2023
Qazaxıstanın Türküstan vilayətində 20 Yanvar şəhidlərinin anım mərasimi olub
23 yanvar, 2023
Qazaxıstanın Türküstan vilayətində 20 Yanvar şəhidlərinin anım mərasimi olub
Qazaxıstanın Türküstan vilayətinin Sayram rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Tədbirdə çıxış edən birliyin sədri Ramilə Mustafayeva bildirib ki, xalqımız indiyədək Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hərbi cinayətin ağrı-acısını unutmayıb. Nəzərə çatdırıb ki, 1987-ci ilin sonlarında erməni separatçılarının yenidən ortaya atdıqları qondarma Dağlıq Qarabağ probleminə Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəldilmişdi. Bu ədalətsiz münasibət xalqımızı respublikamızın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Lakin cəlladlar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz haqq səsini ucaldan dinc xalqımıza qarşı xüsusi qəddarlıqla hərbi cinayət törətdilər. Amma Bakı qətliamı xalqımızın iradəsini sındıra, milli ruhunu sarsıda bilmədi. 20 Yanvar şəhidlərinin müqəddəs amalını unutmayan xalqımız dövlət müstəqilliyinin bərpasına nail oldu. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verildi, suverenliyimiz və müstəqilliyimiz möhkəmləndirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman ordumuzun sayəsində Qarabağın erməni işğalından azad edilməsi isə nəinki 20 Yanvar şəhidlərinin, ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunu şad etdi.
Sonra 20 Yanvar hadisələrini əks etdirən videogörüntülər nümayiş etdirilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/qazaxistanin-turkustan-vilayetinde-20-yanvar-sehidlerinin-anim-merasimi-olub-2207
Qazaxıstanın #Türküstan vilayətinin Sayram rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
📌 https://t.co/yvwg8vVFqT#BlackJanuary #20January1990 pic.twitter.com/Hwj5ChHhud
— Azerbaijani Diaspora (@DiasporaAz) January 23, 2023
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.