Türkiyənin Kayseri şəhərində Şuşa Azərbaycan Evinin açılış mərasimi keçirilib

Türkiyənin Kayseri şəhərində Şuşa Azərbaycan Evinin açılış mərasimi keçirilib

ABONE OL
8 Nisan 2024 15:03
Türkiyənin Kayseri şəhərində Şuşa Azərbaycan Evinin açılış mərasimi keçirilib
0

BEĞENDİM

ABONE OL

Türkiyənin Kayseri şəhərində Şuşa Azərbaycan Evinin açılış mərasimi keçirilib
8 aprel, 2024

 

 

 

Türkiyənin Kayseri şəhərində Şuşa Azərbaycan Evinin açılış mərasimi keçirilib
Türkiyənin Kayseri şəhərindəki Azərbaycan Qardaşlıq Parkında Şuşa Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Kayseri Böyükşəhər Bələdiyyə başqanı, Talas Bələdiyyə başqanı, Türkiyə parlamentinin Kayseridən olan millət vəkilləri, yerli ictimaiyyətin nümayəndələri, bu şəhərdə yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan Qardaşlıq Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Talas qəsəbəsinin bələdiyyə başqanı Mustafa Yalçın mərasim iştirakçılarını Kayseridə Şuşa Azərbaycan Evinin açılışı münasibətilə təbrik edib, Şuşa ilə qardaşlaşmış şəhər olan Kayseridə Azərbaycan Qardaşlıq Parkının və Şuşa Azərbaycan Evinin yaradılması ideyası haqqında məlumat verib.

Şuşa Azərbaycan Evinin koordinatoru Nəcəf Qəmbərov bu mədəniyyət ocağının iki qardaş ölkəyə xeyirli olmasını arzuladığını söyləyib.

Kayseri Böyükşəhər Bələdiyyəsinin başqanı Memduh Büyükkılıç qeyd edib ki, bir zamanlar Qarabağın azadlığı xəyal idi, amma bu gün Qarabağ zəfərinin simvolu olan Şuşanın adını daşıyan Azərbaycan Evi açılır: “Bu da iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin uzaqgörən siyasətinin, “bir millət, iki dövlət, tək yumruq” olmağın nəticəsidir”.

Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşa Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə olaraq tarixə düşdü: “Son üç ildə Şuşa şəhəri ilə dünyanın müxtəlif ölkələrinin 9 şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq əlaqələri qurulub. Təsadüfi deyil ki, bu şəhərlərdən ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir”.

 

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kayseridə Şuşa Azərbaycan Evinin açılmasını mühüm hadisə adlandırıb: “Prezident İlham Əliyevin tapşırığı ilə biz xarici ölkələrdə yaşayan soydaşlarımızı bir araya gətirəcək mədəniyyət ocağı kimi Azərbaycan evlərinin açılmasına start verdik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan evlərində həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir, bu məktəblərdə hər il yüzlərlə azyaşlı soydaşımız ana dilini öyrənir. Şuşa Azərbaycan Evi artıq dünyanın 15 ölkəsində açılan 29-cu, Türkiyədə isə üçüncü Azərbaycan Evidir”.

Komitə sədri Şuşa zəfərinin İkinci Qarabağ savaşına son qoyan tarixi hadisə olduğunu vurğulayıb: “O tarixi günlərdə Azərbaycan xalqı ilə yanaşı olduğu üçün Türkiyə xalqına bir daha təşəkkür edirəm. İnanıram ki, Kayseri şəhərində Şuşa Azərbaycan Evinin açılması Azərbaycan mədəniyyətinin tanıdılmasına öz töhfəsini verəcək”.

Çıxışlardan sonra Şuşa Azərbaycan Evinin rəsmi açılışını bildirən lent kəsilib. Tədbir iştirakçıları Şuşa Azərbaycan Evi ilə tanış olublar.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/turkiyenin-kayseri-seherinde-susa-azerbaycan-evinin-acilis-merasimi-kecirilib-4523

 

Bu yazı yorumlara kapatılmıştır.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.