Qazaxıstanın #Aktau şəhərində “#Aprel döyüşləri – xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda anım tədbiri keçirilib.
📌 https://t.co/wJ3djydG0D pic.twitter.com/YDcyX7iCrJ— Azerbaijani Diaspora (@DiasporaAz) April 5, 2023
Aktau şəhərində Aprel döyüşləri şəhidlərinin xatirəsi yad edilib
, 2023
Aktau şəhərində Aprel döyüşləri şəhidlərinin xatirəsi yad edilib
Qazaxıstanın Aktau şəhərində “Aprel döyüşləri – xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda anım tədbiri keçirilib.
Azərbaycanın Aktaudakı Baş konsulluğunda gerçəkləşdirilən tədbirdə Türkiyənin Baş konsulluğunun əməkdaşları, Mangistau vilayətinin yerli qurumlarının, ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, diasporumuzun rəhbərləri, Azərbaycan və müxtəlif icmaların üzvlərindən ibarət 100-dən çox qonaq iştirak edib.
Baş konsulluğun başçısı v.i.e. Elçin Məmmədov tədbir iştirakçılarını salamlayıb və Aprel döyüşləri zamanı canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına dəvət edib.
Tədbirdə Türkiyənin Aktau şəhərindəki Baş Konsulluğunun ticarət üzrə attaşesi Yıldırım Büker, Mangistau vilayətində Azərbaycan icmasının rəhbəri Şəmsəddin Hüseynov, Aprel döyüşlərinin iştirakçısı Faiq Əhədli, Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov və başqaları çıxış ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Aprel döyüşləri və Vətən müharibəsi zamanı həyata keçirdiyi əks-hücum əməliyyatlarının nəticələrindən danışan natiqlər Azərbaycan bayrağının azad olunmuş Lələtəpə yüksəkliyində və Qarabağ torpaqlarında ucaldılmasının, Azərbaycanın parlaq Zəfərinin xalqımıza və türk dünyasına böyük qürur və sevinc hissləri yaşatdığını vurğulayıblar. Aktauda fəaliyyət göstərən icmaların, eləcə də vilayət və şəhər rəhbərliyinin hər il Zəfər Günü münasibətilə Azərbaycan icmasını təbrik etdikləri bildirilib.
Qazaxıstanın #Aktau şəhərində “#Aprel döyüşləri – xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda anım tədbiri keçirilib.
📌 https://t.co/wJ3djydG0D pic.twitter.com/YDcyX7iCrJ— Azerbaijani Diaspora (@DiasporaAz) April 5, 2023
Prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi qardaş Türkiyə dövlətinin və türk xalqının Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi və post-müharibə dövründə Azərbaycanın yanında olduğu, “bir millət, iki dövlət” olan Azərbaycanın və Türkiyənin kədərli və sevincli günləri birlikdə bölüşdüyü bir daha xatırladılıb. Azərbaycanın uğurlu xarici siyasət apardığı, xalqımızı və türk dünyasını gözləyən növbəti uğurun Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olduğu nəzərə çatdırılıb. “Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Müzəffər Azərbaycan xalqı və türk dünyası!”, – deyə Aprel döyüşlərinin iştirakçısı Faiq Əhmədli bildirib.
Tədbir zamanı Aprel döyüşlərindən bəhs edən sənədli film və fötösərgi nümayiş olunub.
Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub, Prezident İlham Əliyevə dünya azərbaycanlılarına və türk dünyasına göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/aktau-seherinde-aprel-doyusleri-sehidlerinin-xatiresi-yad-edilib-2741
Qazaxıstanın #Aktau şəhərində “#Aprel döyüşləri – xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda anım tədbiri keçirilib.
📌 https://t.co/wJ3djydG0D pic.twitter.com/YDcyX7iCrJ— Azerbaijani Diaspora (@DiasporaAz) April 5, 2023
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.