Azərbaycan millət vəkili Jalə Əliyeva , “Türkiyə-Azərbaycan birlikdəliyi ilə başlanan uzun, amma “İnamlı Yol” bizi mütləq daha aydın Sabahlara qovuşduracaq!” ,ÖZƏL
Azərbaycan Millət vəkili Jalə Əliyeva/
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini
“Türkiyə-Azərbaycan birlikdəliyi ilə başlanan uzun, amma “İnamlı Yol” bizi mütləq daha aydın Sabahlara qovuşduracaq!”
Bu sözləri 1453 Kral Media-ya verdiyi açıqlamada Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva bildirib.
Millət vəkili Jalə Əliyeva, “Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı silkələdi. Gecənin bir yarısıdır. İkinci gecədir hamımız oyağıq. Türkiyəmizlə birlikdə yaşayırıq bu ağrını, bu əziyyəti, bu çətinliyi, bu kədəri… Qəlbimiz, gözümüz Türkiyəyə köklənib. Ölüm sayı 4500-ü ötüb, 26721 yaralı var, 6000-ə yaxın ev yerlə yeksan olub… Çox heyif… İllərdən bəri acılı şirinli günlərimizdə hər zaman yanyana olduğumuz kimi, bu gün də Türkiyəmizin çətin anlarında birlikdəyik, ayaqdayıq! İnşallah bu son çətinliyimiz olar! Bir daha torpaqlarımız dağılmasın, evlərimiz yıxılmasın!” – Deyə bildirib.
“Neçə gündür qanı bir, canı bir qardaşlarımızın yaşadığı digər ölkədə-İranda, Güney Azərbaycanın Urmiya, Xoy şəhərlərində baş verən zəlzələdən sonra insanlar çarəsiz vəziyyətdədir. Dövlət bu insanları sanki unudub… Onlar bizdən-inandıqları, sevdikləri Azərbaycandan – imdad diləyirlər.” – Deyə millət vəkili vurğulayıb.
J. Əliyeva həmçinin – “Təəssüf ki, rejim yardım əlimizi təşəkkür edib, qəbul etmək yerinə geri çevirir, əvəzində bizə terrorla meydan oxumağa çalışır… Amma bu da gəlib, bu da keçəcək!..” – Deyə tarixə not düşüb.
“Tarixi Qarabağ ədalətimizi bərpa etdik! İndi sıra bütün tarixi həqiqətlərimizi sırayla bərqərar edib, öz yerinə qoymaqdadır! Türkiyə-Azərbaycan birlikdəliyi ilə başlanan uzun, amma “İnamlı Yol” bizi mütləq daha aydın Sabahlara qovuşduracaq! Buna inamımız şəksizdir! Yanındayıq, Türkiyəm! Yanındayıq, atam, anam, bacım,qardaşım, oğlum,qızım!
Allahdan bir daha zəlzələdə həyatını itirənlərə rəhmət, yaralılara səhhət, can Türkiyəyə güc, qüvvət diləyirik!” – Deyə millət vəkili Əliyeva sözlərinə əlavə edib.
Ülker Piriyeva – Azerbaycan
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.