Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qələbədə Azərbaycan faktoru danılmazdır”, Özel
  • Tacikistan Gazetesi
  • Dünya
  • Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qələbədə Azərbaycan faktoru danılmazdır”, Özel

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qələbədə Azərbaycan faktoru danılmazdır”, Özel

ABONE OL
5 Mayıs 2023 20:21
Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qələbədə Azərbaycan faktoru danılmazdır”, Özel
0

BEĞENDİM

ABONE OL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qələbədə Azərbaycan faktoru danılmazdır”, Özel

Məşhur Məmmədov
Milli Məclisin deputatı –

İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 85 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük rolu olub. 1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə yollandı.

Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib.

Azərbaycanda təşkil olunmuş 416, 271, 77 və 223-cü diviziyalar şanlı döyüş yolu keçmiş, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşmuşlar.

Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular.

Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışmışdır. Böyük Qələbədə xüsusən Bakı neftinin töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.

Müharibə illərində Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin uğurlu həlli yolunda səylə çalışırdılar. Akademik Y.Məmmədəliyevin qələbədə xüsusi rolu təqdirəlayiqdir. O, ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtkü yağları, “Katyuşa” silahı üçün xüsusi mərmilər və başqa qiymətli komponentlər ixtira etmişdi. Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətindir.

Azərbaycanın digər sərvətləri də cəbhə üçün sərf olunurdu. Qadınlar döyüşçülər üçün yundan corab, əlcək, köynək toxuyur, bəzək əşyalarını müdafiə fonduna verirdilər. Kolxozçular ordunu ərzaqla təchiz edirdilər. Taxıl, ət, süd, yağ son damlasınadək cəbhənin ehtiyaclarına yönəlmişdi.

İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində bu barədə demişdi: “Bu Qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…”

Faşizm üzərində qələbə Azərbaycan xalqının fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibət birdəfəlik aradan qaldırıldı.

Ümummilli lider Heydər Əliyev 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Ulu öndər hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.

Artıq üç ildir Azərbaycan xalqı 9 May- Qələbə gününü əsl qələbə əhval-ruhiyyəsi ilə qeyd edir. Bu da təsadüfi deyil. Xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşub.  44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar.
Heç təsadüfi deyildir ki, əsası ulu öndər tərəfindən qoyulan azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da möhkəmləndirildi. Cənab Prezidentin də dediyi kimi son illərdə gənclərin və yeniyetmələrin vətənpərvərlik, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazır olmaq ruhunda tərbiyə edilməsi gəncləri milli maraqlar ətrafında sıx birləşdirdi.

Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan Azərbaycan xalqının birliyi o cümlədən, gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı döyüşə getmək üçün könüllü yazılırdı.

Bu gün artıq yeni bir gələcəyin addım səsləri eşidilir. Azərbaycan gəncliyi öz missiyasını davam etdirir. Azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur.

Dünya düzəni dəyişsə də, Azərbaycan xalqı keçmişini unutmur, “Vətən uğrunda” – deyib döyüşə atılan, canını fəda edən İkinci dünya müharibəsi qurbanlarının xatirəsini ehtiramla yad edir.

Ülker Piriyeva/ Azerbaycan

Bu yazı yorumlara kapatılmıştır.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.