Azərbaycan və Konqo prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Azərbaycan və Konqo prezidentlərinin geniş tərkibdə görüşü keçirilib.https://t.co/t3bI5JGyOt pic.twitter.com/jo8r2i2MKB
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) April 4, 2024
04 aprel 2024,
Azərbaycan və Konqo prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Mən Sizi bir daha salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq. Müzakirə olunan bütün məsələlərlə bağlı bizim fikrimiz üst-üstə düşür. Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm.
Bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır.
Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.
Bir daha xoş gəlmisiniz.
X X X
Sonra Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso çıxış edərək dedi:
– Cənab Prezident.
Mən, ilk növbədə, Sizə təşəkkürümü ifadə etmək istərdim ki, Siz bizə şərait yaratdınız, biz Sizin gözəl ölkənizi, gözəl şəhərinizi, paytaxtınızı ziyarət edə bildik. Biz uzun müddətdir ki, Bakı haqqında eşitmişik və Sizin dəvətiniz sayəsində biz Azərbaycanı və Bakını ziyarət etdik. Buna görə Sizə bir daha təşəkkürümü ifadə edirəm.
Siz bizim təkbətək görüşümüzün icmalını etdiniz. Mən, sadəcə, bir-iki şərh vermək istərdim ki, bizim ölkələrimiz arasında çox böyük potensial var və o, bizim əhalimiz üçün inkişafa töhfə verə bilər. Mən məsələn, qeyd etmişdim ki, bizim ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin bəlkə də cəmi 3 faizini istifadə edirik, bu da o deməkdir ki, yerdə qalan hamısı istifadə üçün hazırdır. Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik.
Mən, eyni zamanda, bir daha qeyd etmək istərdim ki, bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilərik.
Azərbaycan və Konqo prezidentlərinin geniş tərkibdə görüşü keçirilib.https://t.co/t3bI5JGyOt pic.twitter.com/jo8r2i2MKB
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) April 4, 2024
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/65445
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.