Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin yetirməsi Laşa İsabalayev ölkəmizin Zəfər Gününə həsr olunmuş “Türkün Şanlı Zəfəri” beynəlxalq rəsm müsabiqəsində ikinci yeri tutub.
📌 https://t.co/NGNoKkaChK pic.twitter.com/gvfgdPe65S— Azerbaijani Diaspora (@DiasporaAz) March 28, 2023
Beynəlxalq müsabiqənin qalibi: “Rəsm qabiliyyətimi “Alyans” Gənclər Mərkəzində kəşf edə bildim”
, 2023

Azərbaycan Gənclər Fondunun
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin yetirməsi Laşa İsabalayev ölkəmizin Zəfər Gününə həsr olunmuş “Türkün Şanlı Zəfəri” beynəlxalq rəsm müsabiqəsində ikinci yeri tutub.
📌 https://t.co/NGNoKkaChK pic.twitter.com/gvfgdPe65S— Azerbaijani Diaspora (@DiasporaAz) March 28, 2023
və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqədə dörd ölkənin – Azərbaycan, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovinanın 16 yaşdan yuxarı gəncləri iştirak ediblər. Müsabiqədə Şenay Sadiq birinci, Aysun Məmmədova isə üçüncü yerə layiq görülüblər.
İkinci yeri tutan Laşa İsabalayevin müsabiqəyə təqdim etdiyi rəsm əsərində Azərbaycan bayrağı, Vətən torpağını öz çiyinlərində saxlayan qəhrəman əsgərlərimiz, Bakının tarixi abidələri, Şəhidlər Xiyabanı, Şuşa qalası və 44 günlük Vətən müharibəsinin rəmzlərindən olan “Xarıbülbül çiçəyi” təsvir olunub.
Qaliblərə mükafatlar Bakıda təqdim olunduğundan, birinci və ikinci yerlərin mükafatçıları Şenay Sadiq və Laşa İsabalayev martın 13-dən 17-dək Azərbaycan paytaxtında səfərdə olublar.
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin yetirməsi Laşa İsabalayev ölkəmizin Zəfər Gününə həsr olunmuş “Türkün Şanlı Zəfəri” beynəlxalq rəsm müsabiqəsində ikinci yeri tutub.
📌 https://t.co/NGNoKkaChK pic.twitter.com/gvfgdPe65S— Azerbaijani Diaspora (@DiasporaAz) March 28, 2023
Müsabiqə və Bakıya səfər barədə təssüratlarını bölüşən Laşa İsabalayev bildirib ki, rəssamlığa meylinin kəşf olunmasına və uğurlarına görə “Alyans” Gənclər Mərkəzinə minnətdardır: “Bu bacarığımı müəllimim Sevda Əkbərova kəşf etdi. Mənə incəsənətin sirlərini öyrətdi. Düşünürəm ki, əgər “Alyans” Gənclər Mərkəzinin rəsm dərnəyinə getməsəydim, rəsm qabiliyyətimi kəşf edə bilməzdim. Qalib olmaq hamının arzusu idi, sanki xalqımızın böyük qələbəsinin sevincini bir daha yaşayırsan. “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynovaya, sədri Leyla Əmrahovaya, təşkilatçılara, münsiflər heyətinə və əməyi keçən hər kəsə təşəkkür edirəm. Hər birinizi çox sevirəm”.
Gənc rəssam dünya azərbaycanlılarının paytaxtı hesab olunan Bakıya heyran olduğunu söyləyib: “Bakı öz qədimliyi, müasirliyi, gözəlliyi və təmizliyi ilə adamı valeh edir. Bakının küçələrini gəzib-dolaşarkən özünü tamam başqa aləmdə hiss edirsən. Səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində, Atəşgahda, İncəsənət Muzeyində, Hərbi Qənimətlər Parkında, İçərişəhərdə, Qız Qalasında, Şirvanşahlar Sarayında oldum. Hərbi Qənimətlər Parkını gəzərkən özünü qalib kimi hiss edirsən”.
Gənc rəssam deyib ki, müsabiqədə qalib gəlməsi onu çox ruhlandırıb və bundan sonra Azərbaycan, Türkiyə və Gürcüstanın ortaq və fərqli mədəniyyətlərinə dair yeni rəsm əsərləri yaratmaq fikrindədir.
Xatırladaq ki, “Alyans Gənclər Mərkəzi 24 dekabr 2021-ci il tarixindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tbilisidə fəaliyyətə başlayıb. Şəhərin Kazbeki prospekti-44 ünvanında yerləşən mərkəzdə Azərbaycan dili, gürcü dili, musiqi, rəqs, rəsm və digər dərnəklər fəaliyyət göstərir.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/beynelxalq-musabiqenin-qalibi-resm-qabiliyyetimi-alyans-gencler-merkezinde-kesf-ede-bildim-2692
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin yetirməsi Laşa İsabalayev ölkəmizin Zəfər Gününə həsr olunmuş “Türkün Şanlı Zəfəri” beynəlxalq rəsm müsabiqəsində ikinci yeri tutub.
📌 https://t.co/NGNoKkaChK pic.twitter.com/gvfgdPe65S— Azerbaijani Diaspora (@DiasporaAz) March 28, 2023
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.