Helsinkidə Novruz bayramı qeyd olunub

Helsinkidə Novruz bayramı qeyd olunub

ABONE OL
29 Mart 2024 22:42
Helsinkidə Novruz bayramı qeyd olunub
0

BEĞENDİM

ABONE OL

Helsinkidə Novruz bayramı qeyd olunub

, 2024

 

 

 

 

Helsinkidə Novruz bayramı qeyd olunub

Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Novruz bayramı qeyd olunub.

Tədbirə Finlandiyada yaşayan soydaşlarımız, dost və qardaş xalqların, həmçinin yerli ictimaiyyətin nümayəndələri qatılıb.

Əcnəbi qonaqlara Novruz bayramından bəhs olunub, Azərbaycan multikulturalizm diyarı adlı sərgi haqqında məlumat verilib. Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbinin milli geyimli şagirdlərinin və valideynlərinin ifasında Novruza aid tamaşa göstərilib, mahnılar, şeirlər səsləndirilib. Şənlikdə uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib, oyunlar oynanılıb.

Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova tədbirdə fəallığına görə şagirdlər Aygül Rzazadə, Səbinə Əbdürrəhmanova, Esin Avşar, Fəridə Ağayeva, Sura Ağaverdiyeva, Əsgər Savoji, Mona Savojifar, Aylin Cabbarlı, Azər Mövlanverdi, Tufan İmani, Olesia Kuşeleva, Roman İmani, Rəşad İsmayıl, Seva Rüstəmova, Aidyn İmaniyə və iştirakçılara dərin təşəkkürünü bildirib.

Tədbirin sonunda bayram süfrəsi açılıb, qonaqlara milli şirniyyatlar təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/helsinkide-novruz-bayrami-qeyd-olunub-4452

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.