İsraildəki diasporumuz Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib

İsraildəki diasporumuz Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib

ABONE OL
12 Şubat 2023 11:39
İsraildəki diasporumuz Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib
0

BEĞENDİM

ABONE OL

 

 

 

İsraildəki diasporumuz Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib

, 2023
İsraildəki diasporumuz Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib
İsraildə fəaliyyət göstərən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi kampaniyasında fəal iştirak edir.

Assosiasiyanın üzvləri zəlzələdən zərərçəkənlərə ianələrin köçürülməsi ilə yanaşı, topladıqları humanitar yardım bağlamalarını İsraildəki Beynəlxalq Sionist Mərkəzi vasitəsilə Türkiyəyə yola salmaqda davam edirlər.

Eyni zamanda “Azİz” İsrail-Azərbaycan Assosiasiyasının prezidenti Lev Spivak Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunlara başsağlığı məktubu ünvanlayıb. Məktubda “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası adından Türkiyə dövlətinə və xalqına dərin hüznlə başsağlığı verilib. “Biz türk xalqının kədərinə şərik oluruq. Qürur duyuruq ki, İsrail və Azərbaycan qardaş türk xalqına ilk dəstək verən dövlətlər sırasındadır. İnanırıq ki, Türkiyə böyük dövlətdir və bu dəhşətli faciənin öhdəsindən gələcək, bütün çətinliklərə qalib gələcək və tərəqqiyə doğru irəliləyəcək. Türk xalqına güc, səbr və parlaq gələcək arzulayırıq! Yaşasın, Türkiyə! Başın sağ olsun, Türkiyə!”, – deyə məktubda bildirilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/israildeki-diasporumuz-turkiyenin-zelzele-bolgesine-humanitar-yardim-gonderib-2367

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.