Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soli ilə görüşünə dair mətbuat məlumatı
  • Tacikistan Gazetesi
  • Dünya
  • Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soli ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soli ilə görüşünə dair mətbuat məlumatı

ABONE OL
9 Temmuz 2023 12:05
Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soli ilə görüşünə dair mətbuat məlumatı
0

BEĞENDİM

ABONE OL

No:383/23, Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soli ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

8 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Solini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

 

 

 

Nazir Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib.

 

 

 

 

Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

 

Səfir Soli diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

 

 

 

 

 

Nazir Ceyhun Bayramov səfir Rustam Soliyə gələcək fəaliyyətində uğurlar arzu edib.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no38323

Bu yazı yorumlara kapatılmıştır.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ