Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzoda ilə görüşünə dair mətbuat məlumatı
  • Tacikistan Gazetesi
  • Gündem
  • Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzoda ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzoda ilə görüşünə dair mətbuat məlumatı

ABONE OL
30 Temmuz 2023 16:51
Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzoda ilə görüşünə dair mətbuat məlumatı
0

BEĞENDİM

ABONE OL

 

 

 

 

No:414/23, Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzoda ilə görüşünə dair mətbuat məlumatı

 

 

28 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzodanı qəbul edib.

 

 

 

Səfir Abdurahmon İlham Barotzoda etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

 

Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

 

 

 

Nazir Ceyhun Bayramov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində qarşılıqlı hörmət, dostluq və həmrəyliyə əsaslanan münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv təmasların rolu vurğulanıb.

 

 

 

Səfir Abdurahmon İlham Barotzoda, səmimi qəbula və təbrikə görə nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələn səyləri əsirgəməyəcəyini diqqətə çatdırıb.

 

 

 

Görüş zamanı, həmçinin qarşılıqlı maral doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no41423

 

 

Bu yazı yorumlara kapatılmıştır.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.