Dünyanın nüfuzlu universitetlərindən biri olan Toronto Universitetində #Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
📌 https://t.co/zA6pyD8yDg#JusticeforKhojaly#XocalıyaƏdalət pic.twitter.com/oHKE3nXRw7
— Azerbaijani Diaspora (@DiasporaAz) February 28, 2023
Toronto Universitetində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib
, 2023
Toronto Universitetində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib
Dünyanın nüfuzlu universitetlərindən biri olan Toronto Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət və parlament rəsmiləri, Türkiyə və Ukraynanın Torontodakı Baş konsulluğunun, Albaniya və Moldovanın fəxri konsulluğunun diplomatları, elm, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin, Azərbaycan, türk, tatar, qazax, türkmən, özbək, uyğur, türkmən, Ukrayna, Moldova, Çin, Hindistan və digər icmaların nümayəndələri iştirak ediblər. Qonaqlar arasında Anderson Kollecinin prezidenti Hizer Yanq, Litva-Kanada Konqresinin idarə heyətinin üzvü, Qızılbaş Qlobal İrs Şurasının regional direktoru Arşi Qızılbaş, Azərbaycanın əməkdar incəsənət xadimi İsmayıl Hacıyev, Vaterloo Universitetinin eks-prezidenti, professor Ferudin Hamdullahpur, tarixçi professor İlqar Məmmədov, Təbriz musiqi və rəqs ansamblının üzvləri, Kanada Sufi Mədəniyyət Mərkəzi və Kanada Türk Assosiasiyasının rəhbərləri olub.
Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova açıb. Bildirib ki, Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin Kanadada eşidilməsi üçün Azərbaycan icmasının yerli ictimaiyyət və müxtəlif icmalarla birgə fəaliyyət göstərməsi böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalının dinc və günahsız əhalisinə qarşı xüsusi amansızlıqla kütləvi qırğın törədildiyini, 613 dinc sakinin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini və 1275 sakinin girov götürüldüyünü xatırladıb. Şanlı Azərbaycan ordusunun beynəlxalq hüquqa uyğun olaraq torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində hazırda ölkəmizin Qarabağ iqtisadi rayonunda irimiqyaslı quruculuq işlərinin aparıldığını, erməni işğalından miras qalan minalanmış ərazilərin 30 il evlərinə qayıdışı həsrətlə gözləyən məcburi köçkünlərin bu arzularının həyata keçirilməsinə böyük problemlər yaratdığını diqqətə çatdırıb. Sonra tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının, son müharibələrdə ədaləti bərpa etmək, mülki əhalini qorumaq üçün canlarından keçən qəhrəman hərbçilərin, eləcə də Türkiyə və Suriyada zəlzələ nəticəsində həyatını itirən minlərlə insanın xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edib.
Kanadanın keçmiş Vətəndaşlıq və multikulturalizm naziri, ictimai xadim Toni Ruprext ölkə ictimaiyyətinin Xocalı soyqırımına biganə qalmamasının, məhz Kanada kimi demokratik ölkələrin ədalətin bərpa olması naminə səy göstərməsinin önəmini vurğulayıb, Azərbaycan xalqının ağır zamanları geridə buraxdığını, artıq gələcəyə və inkişafa doğru inamla irəlilədiyini əlavə edib.
Türkiyənin Torontodakı Baş konsulu Sinem Minqan “bir millət, iki dövlət” olan ölkələrimizin hər zaman bir-birinə dəstək olduğunu, Xocalı faciəsinin acılarını birgə yaşadıqlarını, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında birgə səy göstərilməsinə çalışdıqlarını bildirib.
Tədbirdə çıxış edən Vaterloo Universitetinin eks-prezidenti, professor Ferudin Hamdullahpur, Ontario vilayətinin Turizm, mədəniyyət və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi dünyada sülhün vacib olduğunu, bəşəriyyətin inkişafının yalnız sülh və barışdan keçdiyini vurğulayıblar.
Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.
Tədbir Xocalı soyqırımına ithaf olunmuş klassik müsiqi gecəsi ilə davam edib. Kanadada yaşayan sənətçilər – Azərbaycanın əməkdar artisti, Prezident təqaüdçüsü Həsən Enami (tenor), skripka ifaçısı Rüfət Əmirəlıyev, piano ifaçısı, beynəlxalq müsabiqələr laureatı Nərminə Əfəndiyeva, violonçel ifaçısı Zaida Nassirov və trumpet (truba) ifaçısı Mark Krutik Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini təqdim ediblər.
Tədbir çərçivəsində universitetin “Hart House, Great Hall” salonunda Xocalı soyqırımını və Azərbaycanın işğaldan azad edilmiş rayonlarında erməni vandalizmini əks etdirən fotosərgi təşkil edilib. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/toronto-universitetinde-xocali-soyqirimina-hesr-olunmus-anim-merasimi-kecirilib-2486
Dünyanın nüfuzlu universitetlərindən biri olan Toronto Universitetində #Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
📌 https://t.co/zA6pyD8yDg#JusticeforKhojaly#XocalıyaƏdalət pic.twitter.com/oHKE3nXRw7
— Azerbaijani Diaspora (@DiasporaAz) February 28, 2023
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.