Torontoda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri təşkil edilib

Torontoda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri təşkil edilib

ABONE OL
24 Ocak 2024 17:09
Torontoda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri təşkil edilib
0

BEĞENDİM

ABONE OL

 

 

 

Torontoda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri təşkil edilib

2024

 

 

 

Torontoda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri təşkil edilib

 

 

 

Kanadanın Toronto şəhərində yerləşən Cozef və Volf Leboviç Yəhudi Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin, Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qızılbaş Qlobal İrs Şurasının regional direktoru Arşi Qızılbaş, York Universitetinin professoru Ulduz Rəhimov, tarixçi professor İlqar Məmmədov, “Təbriz” musiqi və rəqs ansamblının üzvləri, Kanadanın nüfuzlu “TheJ.Ca” platformasının nəşriyyat direktoru, İsrail Kanada Şurasının təsisçisi Ron İst, Azərbaycan və yəhudi icmalarının üzvləri iştirak ediblər.

 

 

 

Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Kanada Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova açıb. Bildirib ki, Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin Kanadada eşidilməsi üçün icmamızın yerli ictimaiyyət və müxtəlif icmalarla birgə fəaliyyət göstərməsi böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ən yeni tarixinin dolğun şəkildə yerli ictimaiyyətə və gənc nəslin nümayəndələrinə çatdırılması vacib məqam kimi diqqətə çatdırılıb.

 

 

 

“TheJ.Ca” platformasının nəşriyyat direktoru və İsrail Kanada Şurasının təsisçisi Ron İst çıxışında qeyd edib ki, XX əsrdə törədilən ən qanlı cinayətlərdən biri olan 20 Yanvar faciəsi eyni zamanda Azərbaycan xalqının mübarizə tarixində yeni səhifə açıb.

Tədbir Qanlı Yanvar faciəsini əks etdirən qısametrajlı sənədli filmin nümayişi ilə davam edib. Bu film ELTV media qrupu ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında “History of Azerbaijan” layihəsi çərçivəsində hazırlanıb.

 

 

 

Sonra Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Gülnar Nəsir və şahirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirləri səsləndiriblər, Azərbaycanın əməkdar artisti, Prezident təqaüdçüsü, vokal ifaçısı Həsən Enami və musiqiçi Əliheydər Mirzəbəyov Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini təqdim ediblər.

Tədbir çərçivəsində SSRİ rəhbərliyi tərəfindən xalqımıza qarşı törədilmiş ağır hərbi cinayəti ifşa edən foto-sərgi təşkil edilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/torontoda-20-yanvar-faciesi-ile-elaqedar-anim-tedbiri-teskil-edilib-4106

 

 

 

Bu yazı yorumlara kapatılmıştır.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.